RU

Azərbaycanın daha 2 cüdoçusu Sofiyada mübarizəyə start verir

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir.

Sportal.az xəbər verir ki, bu gün daha 2 cüdoçumuz mübarizəyə qoşulacaq. Oğlanların mübarizəsində Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Yeso Samsiani (Gürcüstan) - Atxan Biçoyev (IJF) cütünün qalibi ilə qarşılaşacaq.

Qızların yarışında isə Səmayə Yusifli (57 kq) 1/16 finalda Nonoka Yamakava (Yaponiya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Xatlrladaq ki, buna qədər mundialda Zeyd Ələsgərov (60 kq) və Anar Quliyev (50 kq) bürünc medal qazanıblar.

saytlarin hazirlanmasi

Избранный
100
sportal.az

1Источники