RU

Simiçin “Sabah”a keçidinin yeni detalları – Maaşının yarısını onlar ödəyəcək

“Sabah”ın “Sivasspor”dan Velko Simiçi heyətinə qatması barədə məlumat vermişdik. Anlaşmaya əsasən, serbiyalı futbolçu Masazır klubunda icarə əsasında çıxış edəcək. İcarə müqaviləsinin müddəti 1 ildir.

Keçidlə bağlı yeni detallar bizə məlum olub. Əldə etdiyimiz məlumata görə, “Sabah” serbiyalı futbolçunun maaşını tam ödəməyəcək. Belə ki, icarə müqaviləsinə əsasən, 30 yaşlı oyunçunun maaşının 50 faizi onun müqavilə ilə məxsus olduğu “Sivasspor” tərəfindən ödəniləcək.

Simiç “Sivasspor”da illik təxminən 150 min dollar maaş alırdı. O, ötən mövsümdə Türkiyə Super Liqasında 15 oyun keçirib, 1 qol vurub. Serbiya yığmasının da üzvü olmuş hücuma meyilli yarımmüdafiəçi “Sivasspor”dan öncə hazırda “Sabah”ı çalışdıran Valdas Dambrauskasın rəhbərliyi altında Kiprin “Omoniya” klubunda çıxış edib.

Избранный
86
sportinfo.az

1Источники