RU

Kallas: "Növbəti 30 gündə ortaq məxrəcə gəlməliyik"

Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuataaçıqlamasındadilə gətirib. O vurğulayıb ki, danışıqların konkret nəticəyə varması üçün "30 günlük yeni mərhələyə qədəm qoyulub".

"Bu müddət ərzində işlər öz həllini tapmalıdır",– xanım diplomat vurğulayıb.
Əraqçi:"ABŞ ilə danışıqlar mənasızdır"

ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək)müharibə Vaşinqtonla dialoqu sual altında qoyub.

Hazırda Avropa İttifaqı səviyyəsində Almaniya, Britaniya və Fransa İranla nüvə proqramının həlli istiqamətində yeni mərhələdə danışıqlar aparır.

Firudin Həmidli
AzVision.az
Избранный
72
1
azvision.az

2Источники