İran İslam Respublikasının maraqları nəzərə alınarsa, nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün dünya gücləri ilə konstruktiv əməkdaşlığı davam etdirmək əzmindədir.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubunda bildirib.
"İran İslam Respublikası bir daha yeni razılaşmanın əldə edilməsinə yönəlmiş konstruktiv diplomatik fəaliyyətə sadiqliyini vurğulayır. Razılaşma İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə hüquqlarına hörmət etməklə yanaşı, tərəflərin bütün narahatlıqlarını, o cümlədən xalqın rifahına qarşı sərt sanksiyaları nəzərə alacaq".- Əraqçi qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта