AzVision.az xəbər verir ki, məlumatlı mənbəyə istinad edən “Reuters” agentliyi bununla bağlı material dərc edib.
“Birləşmiş Ştatlar BMT-nin Universal Dövri İcmal mexanizmində iştirak etməyəcək və öz hesabatını daha 13 ölkənin hesabatlarının təhlil edilməli olduğu noyabr ayında göndərməyəcək”,- ABŞ Dövlət departamentinin məmuru “Reuters”ə bildirib.
Agentliyin məlumatına görə, bunlar BMT-nin Universal Dövri İcmalının bir hissəsi kimi təhlil olunan hesabatlardır. Hər 4,5 və ya 5 ildən bir BMT-yə üzv olan 193 dövlətin hamısı insan haqları ilə bağlı hesabatlar təqdim edir. Sonra hər bir sənəd ayrı-ayrı dövlətlər tərəfindən nəzərdən keçirilir və onlar insan haqları ilə bağlı tövsiyyələr verirlər.
- ABŞ-nin qərarı prezident Donald Trampın BMT-nin İnsan Haqları Şurasından çıxmaqla bağlı 4 fevral 2025-ci il tarixli sərəncamından sonra verilib. Ən ciddi insan haqları pozuntularını pisləmək bacarığına malik olmamasına baxmayaraq, Ümumdünya Dövri İcmalda iştirak etmək bu şuranın mandatının və fəaliyyətinin faktiki təsdiqi deməkdir”,- amerikalı məmur vurğulayıb.
ABŞ-nin Cenevrədəki missiyasının nümayəndələri Vaşinqtonun qərarı ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Hökumətlərarası Şurasına və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə məlumat veriblər. “Reuters” qeyd edir ki, Vaşinqton 2027-ci ilin iyulunda başa çatacaq cari dövr ərzində hesabat təqdim etməsə, ABŞ bu öhdəliyi yerinə yetirməyən ilk ölkə olmaq riski ilə üzləşir.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта