RU

"Şəfa" 2 günlük istirahətin ardından bu məkanda hazırlaşacaq

Dünən Qəbələ toplanışını başa vuraraq Bakıya qayıdan 1-ci Liqa təmsilçisi "Şəfa" növbəti planları bəlli olub.

Məlumatı Fanat.Az-a sözügedən komandanın baş məşqçisi Elgiz Kərəmli verib:

"Komanda iki gün istirahət edəcək. Futbolçular qısa istirahətin ardından avqustun 31-də bir araya gələrək məşqlərə başlayacaqlar. Çempionata Bakı Olimpiya Stadionunun 3-cü meydançasında hazırlaşacağıq. 

Növbəti yoxlama oyunu? Hələ bu barədə dəqiq qərar verməmişik. Sınaq arşılaşması keçirə də bilərik, keçirməyə də".

Xatırladaq ki, "Şəfa" 20-28 avqust aralığında baş tutan Qəbələ toplanışı çərçivəsində 3 yoxlama oyununda gücünü sınayıb. Digər 1-ci Liqa komandası "Ordu"nu 1:0, Küveytin elita təmsilçisi "Əl Yarmouk"u 2:1 hesabı ilə yenən bakılılar "Şamaxı" ilə bərabərliyə razılaşıblar - 1:1.

Nihat

Избранный
101
1
fanat.az

2Источники