Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş yığmaya çağırmadığı komandanın kapitanı Bədavi Hüseynov haqda danışıb.
QOL.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 34 yaşlı müdafiəçi diqqətindədir, sadəcə "Qarabağ"da meydana az çıxdığı üçün milliyə dəvət edilməyib:
"Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik".
Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən müntəzəm olaraq milliyə dəvət alır və oyunlarda iştirak edir.