Yaponiyanın şərqində 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiyanın şərqində 5,7 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələ yerli vaxtla saat 1:29-da episentri Miyaqi prefekturasının şərqində qeydə alınıb.
40 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudasının 5,7 olduğu bildirilir.
Zəlzələdən sonra insan tələfatı və dağıntılar barədə məlumat verilməyib, sunami xəbərdarlığı da verilməyib.