RU

Türkiyə millisi Portuqaliya ilə üz-üzə gələcək

Avropa çempionatında kişi basketbolçular arasında III turun oyunları keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, A qrupunda mübarizə aparan Türkiyə millisi bu dəfə Portuqaliya yığması ilə qarşılaşacaq. Görüş Riqa şəhərində yerləşən “Arena Riga”da baş tutacaq və Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Baş məşqçi Ergin Atamanın rəhbərlik etdiyi kollektiv turnirdə indiyədək keçirdiyi iki oyunda qələbə qazanıb. Türkiyə əvvəlcə Latviya üzərində 93:73, daha sonra isə Çexiya üzərində 92:78 hesablı qələbə ilə qalib gəlib.

Qeyd edək ki, Avropa çempionatına bu il Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Yarışa sentyabrın 14-də yekun vurulacaq.

Избранный
146
90deqiqe.az

1Источники