RU

Zelenski: “Ukrayna Təhlükəsizlik Xidməti Parubiyin qətli ilə bağlı istintaqa cəlb olunub” - VİDEO

“Daxili işlər naziri və baş prokuror daxil olmaqla hüquq-mühafizə orqanları mütəmadi olaraq hesabat verirlər. Andrey Parubiyin qətlinin şəraitini araşdırırlar. İstintaqa çoxlu qüvvələr cəlb olunub. Təəssüf ki, cinayət diqqətlə hazırlanmışdı. Amma bu cinayətin açılması üçün hər şey edilir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenksi ənənəvi videomüraciaətində bildirib.

O qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti istintaqa cəlb olunub.

Qeyd edək ki, bu gün Lvovda hazırkı millət vəkili və keçmiş Ali Radanın sədri Andrey Parubi qətlə yetirilib.


Bizim.Media

Избранный
33
2
bizim.media

6Источники