ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Azərbaycan dialoq tərəfdaşı kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlıq edir".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O, Çin Xalq Respublikasının Sədri Si Cinpinin ŞƏT-ə verdiyi töhfəni vurğulayaraq qeyd edib ki, təşkilat Şanxay adını və "Şanxay ruhu"nu daşıyır:
"Çin Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycanla qarşılıqlı əməkdaşlığını dəstəkləyir. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. Çinli dostlarımıza dialoq tərəfdaşı qismində Azərbaycanı dəvət etdiklərinə və fəal münasibətlərinə görə minnətdarıq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.