RU

Putinlə İlham Əliyev görüşəcək? - Peskovdan AÇIQLAMA

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür; onların görüşmək imkanı olacaq.”


Manset.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ümidvaram ki, onların sabah ŞƏT-in iclası çərçivəsində görüşmək imkanı olacaq. Ən azı, belə bir fürsət olacaq", - Peskov bildirib.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir və 20-dən çox xarici ölkə lideri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Избранный
125
4
manset.az

10Источники