RU

“Barselona” qapıçısını La Liqanın iştirak ərizəsində qeydiyyatdan keçirdi

“Barselona” qapıçısı Voyçex Şesnını La Liqanın iştirak ərizəsində qeydiyyatdan keçirib.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 3-cü turda “Rayo Valyekano” ilə matçda meydana çıxa bilər.

Kataloniyalılar digər qapıçısı İnyaki Penyanı icarə əsasında “Elçe”yə göndərdikdən sonra Şesnının əsas heyətdə meydana çıxacağı gözlənilir.

Şesnı ötən il oktyabrda karyerasını bərpa etdikdən sonra “Barselona”ya keçib.

Избранный
93
49
sportinfo.az

10Источники