Bankların hesabatlılıq effektivliyini artırmaq üçün informasiya sistemi tələblərə cavab verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Banklarda likvidlik riskinin idarə edilməsi Qaydasında əksini tapıb.
Sistem dövri olaraq likvidlik mövqeyini müəyyənləşdirməli və idarə etməlidir. Stress şəraitində isə daha sıx dövrilikdə hesabatlar hazırlanmalıdır. Bu, risklərin vaxtında aşkarlanmasına xidmət edir.