RU

İsrail Rusiyaya yeni səfir təyin etdi

İsrail hökuməti Oded Yosefin İsrailin Rusiyadakı səfiri təyin edilməsini yekdilliklə təsdiqləyi.

Publika.az xəbər verir ki, bu barədə "İsrail Milli Xəbərləri" məlumat yayıb.

Nəşr qeyd edib ki, Yosef əvvəllər Keniyada səfir və Uqanda, Malavi və Seyşel adalarında qeyri-rezident səfir vəzifələrində çalışıb, həmçinin İsrailin Moskva, Vaşinqton və Sinqapurdakı nümayəndəliklərində vəzifə tutub.

Həmçinin İsrailin xarici işlər naziri Gideon Saarın təklifi ilə Xarici İşlər Nazirliyinin Körfəz ölkələri departamentinin direktoru Kobi Janovski Slovakiyaya səfir təyin edilib .

İyulda İsrailin Rusiyadakı səfiri Simona Qalperinin bu payız vəzifəsini tərk edəcəyi məlum olub. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru olacaq.

Избранный
50
5
publika.az

10Источники