Avropa İttifaqı ölkələri Ukraynaya hərbi kontingent göndərmək üçün “yetərincə konkret planlar” hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin qoşunları münaqişədən sonrakı dövrdə təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada yerləşdirilə bilər və bu təşəbbüs ABŞ tərəfindən tam dəstəklənəcək.
Fon der Lyayen qeyd edib ki, Aİ-nin bu istiqamətdə aydın yol xəritəsi var və Vaşinqtonda bu plan üzrə razılıq əldə olunub. O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Aİ qoşunlarının Ukraynada yerləşdirilməsini dəstəklədiyini bəyan edib.