RU

Ukraynada sabiq spikeri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs Xmelnitski vilayətində saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram” kanalında məlumat verib.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri, Ali Radanın sabiq spikeri Andriy Parubiy şənbə günü Lvovda güllələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
2
apa.az

3Источники