RU

Musiqi məktəbində təhsil almaq istəyənlərə VACİB XƏBƏR

ain.az bildirir, Baku.ws portalına istinadən.

"Musiqi məktəblərinə qəbulla bağlı nəticələr yaxın günlərdə açıqlanacaq".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il ilk dəfə olaraq musiqi məktəblərinə qəbul prosesi Naxçıvanla birgə tam elektron qaydada həyata keçirilib.

"Hazırda müraciətlər və seçim göstəriciləri üzərində yekun təhlillər aparılır. Nəticələr yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, tədris ili hələ başlanmadığından bu proses təhsil fəaliyyətinə təsir etmir", - deyə nazirliyin məlumatında vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
119
1
baku.ws

2Источники