2024/2025-ci illər mövsümünün gümüş mükafatçısı olmuş “Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.
Arena.az xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.
Belaruslu hücumçu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 3-cü turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.
Xatırladaq ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olmuş Viktor İqbekoyi vurub.