RU

NİİM: Sükan arxasında diqqətsizlik ağır qəzalara səbəb olur VİDEO

Bakı, 1 sentyabr, AZƏRTAC

Müşahidələr göstərir ki, sürücülərin sükan arxasında diqqətsizliyi və məsuliyyətsizliyi ağır yol-nəqliyyat hadisələrinə, özlərinə və digər hərəkət iştirakçılarına, həmçinin yol infrastrukturuna ziyan dəyməsinə səbəb olur. Bu cür qəzalar əsasən sürücülərin zolağı dəyişərkən diqqətsizlik etmələri, sürəti hərəkət intensivliyinə uyğun tənzimləməmələri səbəbindən baş verir. Nəticədə, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə sıxlıq yaranır, hərəkət çətinləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində deyilir.

Bildirilir ki, sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir. “Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir. Unutmayaq ki, yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün yollarda diqqətli və məsuliyyətli olmaq, qaydalara riayət etmək lazımdır”, - deyə müraciətdə bildirilib.

Избранный
144
12
azertag.az

10Источники