RU

Azərbaycanlı şahmatçıların dünya reytinqindəki mövqeləri bəlli olub

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yenilənmiş reytinq cədvəlindəki mövqeləri bəlli olub.

Oxu.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2 741) 16-cı pilləyə geriləyib.

Teymur Rəcəbov (2 692) 38-ci, Rauf Məmmədov (2 651) 70-ci, Eltac Səfərli (2 630) 99-cu olublar.

Kişi şahmatçıların siyahısına norveçli Maqnus Karlsen (2 839) başçılıq edir.

Qadın şahmatçlardan Günay Məmmədzadə (2 390) 51-ci, Ülviyyə Fətəliyeva (2 385) 58-ci, Gövhər Beydullayeva (2 368) 72-cidirlər. Gülnar Məmmədova (2 323) bu dəfə ilk 100-lükdən kənarda qalıb.

Qadınlarda çinli Yifan Hou (2 609) liderdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
oxu.az

1Источники