RU

Fransa klubu "Qarabağ"dan beş milyon avro tələb edir

Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" heyətini gücləndirmək niyyətindədir. Ağdam təmsilçisi Fransanın "Loryen" klubundan Sambou Soumanonu heyətə qatmaq istəyir.

Hafta.az xəbər verir ki, Fransa klubu ilə müqaviləsi olan forvard üçün "Qarabağ" 2.5 milyon avro transfer məbləği və 500 min avro bonus təklif edib. Lakin qarşı tərəf Azərbaycan klubunun bu təklifi ilə razılaşmayıb. Onlar S.Soumano üçün 5 milyon avro və müxtəlif bonuslar istəyiblər.

"Loryen" hücumçunun "Qarabağ"da hər mövsüm oynaması üçün də ödənişlər tələb edib. Bu səbəbdən hələlik transferin baş tutması real görünmür.

Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen"ə keçib. O, bundan sonra 3 dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen" klubunda icarə əsasında çıxış edib. Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez" və "Keviyi Ruan"da oynayıb. 2024-cü ildə isə məxsus olduğu "Loryen"ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də 3 görüşdə 1 dəfə fərqlənib. O, 2-ci turda "Renn"in qapısına yol tapa bilib. /"Qafqazinfo"/

Избранный
105
7
hafta.az

10Источники