RU

ABŞ “Sentinel” nüvə raketləri üçün yeni şaxtalar tikməyi planlaşdırır

ABŞ yüzlərlə yeni LGM-35A Sentinel qitələrarası ballistik raket şaxtalarının inşasını planlaşdırır. Interesting Engineering nəşrinin məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Endryu Gebara açıqlama verib.

Editor.az xəbər verir ki, onun sözlərinə görə, bütün obyektləri federal torpaqlarda yerləşdirmək mümkün olmayacaq və hökumət özəl mülkləri satın almağa məcbur qala bilər. Bu yanaşma həm xərclərə qənaət edəcək, həm də mövcud şaxtaların yenidən qurulması ilə bağlı mümkün gecikmələrin qarşısını alacaq.

General qeyd edib ki, yeni sistem tam hazır olana qədər köhnə Minuteman III raketləri müvəqqəti olaraq döyüş növbətçiliyində qalacaq.

//Samir Qurbanov, Editor.az

Избранный
35
editor.az

1Источники