RU

Ərdoğan Putinə Azərbaycanla bağlı NƏ DEYİB?

"Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda davamlı sülhə nail olunacaq". 

“Cebheinfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Ərdoğan Qafqazda sabitliyin Türkiyə və Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayıb.

O əlavə edib ki, Türkiyə Ukraynada ədalətli və davamlı sülh üçün səylərini davam etdirir və İstanbulda aparılan danışıqlar bu prosesə töhfə verir.

İki ölkə liderləri Türkiyə ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətləri, regional və qlobal gündəmdəki aktual məsələləri müzakirə ediblər.

Ərdoğan görüşdə Türkiyə ilə Rusiya arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etməkdə davam etdiyini, ticarət, turizm, investisiya və enerji kimi sahələrdə keçmişdə formalaşmış əməkdaşlıq ruhunun qorunub saxlanıldığını bildirib.

Избранный
61
3
cebheinfo.az

6Источники