RU

Yüksək qan təzyiqinin çarəsi tapıldı

Beynəlxalq araşdırma standart dərmanların təsir etmədiyi xəstələrdə qan təzyiqini azalda bilən eksperimental preparatın effektivliyini göstərib.

Publika.az xəbər verir ki, məlumat “New England Journal of Medicine” (NEJM) jurnalında dərc olunub.

Söhbət aldosteron hormonunun istehsalını bloklayan baxdrostat adlı həbdən gedir. Bu hormonun artıqlığı orqanizmdə duz və suyun saxlanmasına səbəb olur və nəticədə qan təzyiqini artırır.

Klinik sınaqda 800-ə yaxın insan iştirak edib. 12 həftəlik müalicədən sonra baxdrostat qəbul edənlərin təzyiqi plasebo qrupuna nisbətən orta hesabla 9–10 mmHg daha çox azalıb. Nəzarət qrupunda 20 faizdən az xəstə normal səviyyəyə çatsa da, baxdrostat qəbul edənlərin təxminən 40 faizi normal təzyiq göstəricilərinə nail olub.

Araşdırmanın rəhbəri, professor Brayan Uilyams bildirib ki, bu təsir infarkt, insult və böyrək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Избранный
7
publika.az

1Источники