RU

Yanukoviç aktivləşir, Ukrayna ilə bağlı bir sıra açıqlamalar verib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Viktor Yanukoviç bəyan edib ki, o, həmişə Ukraynanın NATO-ya daxil olmasının qəti və inamlı əleyhdarı olub.

Bizimyol.info xəbər verir ki, Ukraynanın keçmiş prezidentinin bəyanatının videosu Rusiya mətbuatı tərəfindən yayılıb.

"Mən həmişə açıq və aydın şəkildə başa düşmüşəm ki, bu, Ukrayna üçün fəlakətdir. Bu, çıxışı olmayan yerə aparan yoldur. Bu, vətəndaş müharibəsinə aparan birbaşa yoldur”, - deyə Yanukoviç bildirib.

Bundan əlavə, keçmiş prezident Ukraynanın Avropa İttifaqına yaxınlaşması üçün məqsədyönlü iş gördüyünü, lakin avropalıların özlərini düzgün aparmadığını bəyan edib. Onun sözlərinə görə, avropalılar  "Ukraynadakı iqtisadi vəziyyətin mürəkkəbliyini başa düşmədilər", həm də təkəbbür nümayiş etdirdilər.

Qeyd edək ki, bu, Viktor Yanukoviçin uzun müddət ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
bizimyol.info

1Источники