BAKI, 1 sentyabr. TELEQRAF
Slovakiyanın Baş naziri Robert Fitso Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli görüşlər keçirəcək.
Teleqraf xəbər verir ki, Robert Fitso Pekinə səfəri zamanı Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və digər dövlət xadimləri ilə ikitərəfli görüşlər keçirəcəyini təsdiqləyib.
Slovakiyanın Baş naziri ukraynalı həmkarı ilə sentyabrın 5-də görüşəcək.