Azərbaycan milli komandasının sabiq forvardı Əli Qorbani ölkəmizə qayıtmağa yaxın imiş.
Bizim.Media xəbər verir ki, 34 yaşlı hücumçuya Birinci Liqa klubu maraq göstərib.
"Şəfa" onu transfer etmək istəsə də, keçid baş tutmayıb. Buna səbəb isə maliyyə məsələsi olub.
Qeyd edək ki, Qorbani son olaraq “Gol Gohar” klubunda oynamışdı.
O, karyerası ərzində “Naft Tahran”, “Esteqlal”, “Spartak”(Trnava), “Sepahan”, “Sumqayıt”, “Fulad”, “Peykan” klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта