Bakı, 1 sentyabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası PSJ-nin futbolçusu Marko Asensionu transfer edib.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Asensio daha əvvəl “Real Madrid”in də formasını geyinib.