RU

“Fənərbağça” portuqaliyalı məşqçiyə təklif göndərdi

“Fənərbağça”da baş məşqçi postuna axtarışlar davam edir.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssis Serjiu Konseysauya təklif göndərib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Konseysaunun son ünvanı “Milan” olub. Mütəxəssis ötən mövsümdəki uğursuzluğa görə postundan ayrılıb. O, daha əvvəl “Portu”da çalışıb və burdakı işi ilə tanınıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
4
1
bizim.media

2Источники