RU

Boksçu Co Baqner vəfat edib

Keçmiş boksçu Co Baqner 75 yaşında vəfat edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

C.Baqner iki dəfə Böyük Britaniya və Birlik çempionu, üç dəfə Avropa çempionu olub.

O, 1973-cü ildə Məhəmməd Əli və Co Freyzerlə 12 raundluq döyüşlər keçirib.

C.Baqner peşəkar karyerası ərzində ümumilikdə 83 döyüş keçirib. Bunun 69-u qələbə (41-i nokautla), 13-ü məğlubiyyət və 1-i heç-heçə başa çatıb. 1986-cı ildə o, Avstraliyaya köçüb, vətəndaşlıq alıb və ölkə çempionu olub. Boksçu peşəkar rinqdə son döyüşünü 1999-cu ildə 49 yaşında keçirib.

Избранный
16
11
nocomment.az

10Источники