RU

Zelenski Mark Rutteyə payız planından danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, Zelenski bu barədə "X"də yazıb.

Ukrayna lideri dəstəyə görə NATO Baş katibinə təşəkkür edib.

"Biz səylərimizi yaxından əlaqələndiririk. Praktiki baxımdan Rusiya bu ilin çox hissəsini talan edərək sülhdən oğurladı. Bu payız biz öz mövqelərimizi möhkəmləndirmək üçün mümkün olan hər şeyi etməliyik", - Zelenski qeyd edib.

Избранный
45
9
publika.az

10Источники