RU

Krasnodarda Azərbaycan diasporunun tanınmış nümayəndəsi həbs edildi

Rusiyanın Krasnodar məhkəməsi Kubandakı Azərbaycan diasporunun nümayəndəsi, Tuapsedəki yükdaşıma terminalının və “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzovu həbs edib .

News24.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumata görə, 60 yaşlı Novruzov 919 milyon rubl (təxminən 19 milyon) dəyərində daşınmaz əmlakı oğurlamağa cəhddə ittiham olunur. Bildirilir ki, başqalarının əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Azərbaycanda bağlandığı iddia edilən qondarma nikah haqqında şəhadətnaməni Prikubanski Rayon Məhkəməsinə təqdim edib.

Materialda bildirilir ki, müdafiə tərəfi onun yaşı, cinayət tərkibinin olmaması, xüsusi hərbi əməliyyatın (SVO) iştirakçılarına mütəmadi köməklik göstərdiyinə görə həbs qətimkan tədbirinin yumşaldılması barədə məhkəmədən vəsatət qaldırıb. Bundan əlavə Novruzovun “Vətəndaş igidliyinə görə” medalının sahibi olduğu qeyd edilir.

Избранный
123
1
news24.az

3Источники