RU

Kadi nə(yi) gözləyir?

Bizə dəstəyini əsirgəməyən, daima yanımızda olan azarkeşlərimizi sevindirmək üçün Çempionlar Liqasının əsas mərhələsində əlimizdən gələni edəcəyik.

Sportinfo.az xəbər verir ki, bu sözləri“Qarabağ”ın futbolçusu Kadi Borges Çempionlar Liqasının əsas mərhələsində yüksəlmələri barədə danışarkən deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının əsas mərhələsinə hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib:

“Yaxşı hazırlaşıb, orada da uğurlu oyunlar keçirmək istəyirik. Azarkeşlərimiz buna layiqdirlər”.

Braziliyalı futbolçu qarşıda onları daha çətin sınaqların gözlədiyini vurğulayıb:

“Artıq diqqətimizi tam şəkildə liqa mərhələsinə yönəltmişik. Hazırlıq üçün kifayət qədər vaxtımız olacaq və həmin mərhələyə maksimum hazır olmağa çalışacağıq.

Bu uğurun payı təkcə futbolçuların deyil, həm də tribunada bizi bir an belə tək qoymayan azarkeşlərindir”.

“Qarabağ” iki oyunun nəticəsinə əsasən Macarıstanın “Ferensvaroş” komandasına 5:4 hesabı ilə qalib gələrək Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Избранный
10
sportinfo.az

1Источники