RU

"Araz-Naxçıvan"ı I Liqa klubuna dəyişdi - İcarə əsasında

“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə icarəyə götürülüb.

24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.

Vəlizadə daha əvvəl “Turan Tovuz” və “Neftçi”də də çıxış edib.

Избранный
9
sportinfo.az

1Источники