RU

“Türkiyənin ən böyük və ən hörmətli klubuna gəldim” - Sabiq “Qalatasaray”lı

Türkiyə millisinin üzvü Kərəm Aktürkoğlu karyerasını Super Liqada davam etdirəcək.

25 yaşlı vinger “Benfika”dan “Fənərbaxça”ya transfer olunub.

İstanbul klubu türk futbolçunun keçidi üçün 22,5 milyon avro ödəyəcək, əlavə olaraq 2,5 milyon avro bonus nəzərdə tutulub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəyə gələrək keçidini rəsmiləşdirən Aktürkoğlu yeni klubuna keçdikdən sonra ilk açıqlamasında iddialı danışıb:

“Türkiyənin ən böyük və ən hörmətli klubuna qoşuldum. Artıq bütün gücümü “Fənərbaxça” üçün ortaya qoyacam. Ümid edirəm ki, birlikdə çempion olacağıq”.

Kərəm Aktürkoğlu daha əvvəl “Qalatasaray”ın formasını geyinib.

Избранный
26
sportinfo.az

1Источники