RU

İrlandiya Ukraynaya hərbçilər göndərməyə hazır olduğunu bəyan etdi

BAKI, 2.sentyabr. TELEQRAF

Rəsmi Dublin Ukraynada sülhməramlı missiyada iştirak etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında İrlandiyanın Baş naziri Mixol Martin bildirib.

"Mən Zelenskini əmin etdim ki, İrlandiya "İstəklilər Koalisiyası"nın işini dəstəkləməyə hazırdır", - o qeyd edib.

Siyasətçi əlavə edib ki, İrlandiya BMT Nizamnaməsinə uyğun olaraq müvafiq mandatla hər hansı sülhməramlı missiyada iştirak edə bilər.

Избранный
34
teleqraf.com

1Источники