Şimali Koreya “Hwasong-19” qitələrarası ballistik raketi (ICBM) və yeni nəsil “Hwasong-20” ICBM üçün yüksək güclü bərk yanacaq mühərriki hazırlayıb...
Poliqon bu barədə Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir.
Sentyabrın 1-də KXDR lideri Kim Çen In Raketçilik Baş İdarəsinin nəzdində yerləşən Kompleks Kimyəvi Materialların Tədqiqat Mərkəzinin Elmi-Tədqiqat İnstitutunda olub, burada mühərrik sınaqlarının nəticələri ilə tanış olub. Yüksək gücə malik bərk yanacaq mühərriki karbon lifləri ilə gücləndirilmiş kompozit materialdan hazırlanır.
Poliqon.info