RU

KİV: Trampın Rusiya, Hindistan və Çini bir-birindən uzaqlaşdırmaq istəyi nəticə vermir

BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Rusiya, Hindistan və Çini bir-birindən uzaqlaşdırmaq istəyi nəticə vermir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" informasiya portalında dərc olunmuş məqalədə deyilir.

Qeyd olunur ki, "Trampın tarifləri və təhqirləri ilə üzləşən" Hindistanın Baş naziri Narendra Modi "Çinə yeddi il ərzində ilk səfəri zamanı rusiyalı və çinli həmkarları ilə daha dostcasına ünsiyyət qurub".

Portal yazır ki, Tramp Rusiyanı Hindistan və Çindən uzaqlaşdırmağa çalışır.

"Əl-ələ tutan (Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiancin şəhərində keçirilən sammit zamanı - red.) üç liderin görüntüsü ən azı simvolik bir zərbədir", - məqalədə qeyd olunur.

Nəşr iddia edir ki, ABŞ-nin Rusiya neftini aldığına görə Nyu-Dehliyə qarşı 50% həcmində rüsumlar tətbiq etməsi Hindistanın qəzəbinə səbəb olub. Bildirilir ki, Modi, Nyu-Dehlinin Rusiyadan neft alışını dayandırmayacağını bəyan edib və Si Cinpinlə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atıb.

"Ən azından indiki məqamda Tramp administrasiyasının üç dövlət arasında məsafə yaratmaq səyləri nəticə vermir", - məqalədə qeyd olunur.

Избранный
17
teleqraf.com

1Источники