RU

Ukrayna millisinin üzvü yığmamızla oyun barədə: “Çətin olacaq”

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna millisinin üzvü İlya Zabarnı DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycanla keçiriləcək oyunlar haqqında danışıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, ötən ay "Bornmut"dan (İngiltərə) PSJ-yə (Fransa) keçən müdafiəçi hər iki rəqiblə oyunun çətin olacağını bildirib:

"Bu oyunları səbirsizliklə gözləyirəm. Bu görüşlər bizim və düşünürəm ki, bütün Ukrayna üçün çox vacibdir.

Ona görə də yaxşı hazırlaşacağımıza inanıram. Fransa güclüdür, amma oynamaq mümkündür.

Həmçinin ikinci oyunumuz Azərbaycana qarşı səfərdə olacaq. Bu da çətin olacaq, asan rəqib deyil. İndi xal toplamalıyıq ki, hər şeyi son oyuna saxlamayaq".

Ukrayna millisi sentyabrın 5-də Fransanı qəbul edəcək. Komanda sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
1
icma.az

3Источники