RU

Masazırda fərdi yaşayış evində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Operativ Media-ya FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Избранный
28
operativmedia.az

1Источники