RU

"Aston Villa" Sançonu icarəyə götürüb

Hücumçu Ceydon Sanço "Mançester Yunayted"dən icarə əsasında "Aston Villa"ya keçib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir.

Cinah oyunçusu 2024/25 mövsümünü icarə əsasında "Çelsi"də keçirib. O, bütün yarışlarda 42 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. London klubunun heyətində 25 yaşlı ingilis Konfrans Liqasının qalibi olub.

Избранный
17
operativmedia.az

1Источники