RU

Vudi Allen Trampı yeni filmdə çəkmək istəyir

BAKI, 2 sentyabr. TELEQRAF

Amerikalı rejissor və prodüser Vudi Allen ABŞ Prezidenti Donald Trampla çəkiliş meydançasında işləmək istədiyini bildirib.

Teleqraf xəbər verir ki, məşhur amerikalı komediya ustası və televiziya aparıcısı Bill Marın podkastında çıxış edən Allen yeganə arzusunun Trampın iştirakı ilə film çəkmək olduğunu söyləyib.

"Əgər Tramp prezident olduğu bir zamanda mənim ona rejissorluq etməyimə icazə versəydi, möcüzələr yarada bilərdim", - Vudi Allen vurğulayıb.

Rejissor 1998-ci ildə ekranlara çıxan "Məşhur" filminin çəkilişləri zamanı Trampla iş təcrübəsindən söhbət açıb.

"Onunla işləmək xoş idi və o, çox yaxşı aktyor olduğunu göstərdi", - Allen fikrini tamamlayıb.

Qeyd edək ki, həmin filmdə gələcək ABŞ Prezidenti özünü canlandırıb.

Избранный
14
teleqraf.com

1Источники