RU

"Qalatasaray" müdafiəçisini icarəyə göndərdi

"Qalatasaray"ın müdafiəçisi Karlos Kuestanı Vasko da Qama icarəyə verib.

Operativ Media xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı kolumbiyalı ilə icarə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.Daha əvvəl futbolçu ilə "Spartak"ın maraqlandığı bildirilirdi.

Kuesta 2025-ci ilin fevralından "Qalatasaray"da çıxış edir. Bu müddət ərzində müdafiəçi qol vurmadığı bütün turnirlərdə 9 oyun keçirib.

Избранный
10
operativmedia.az

1Источники