RU

FON DER LYAYEN UÇUŞ ZAMANI HƏDƏFƏ ALINIB » AzadMedia.az

FON

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyeyenin təyyarəsi Bolqarıstana eniş edərkən GPS siqnalının kəsilməsi ilə üzləşib. Rəsmi Sofiya insidentin Rusiyanın müdaxiləsi ilə bağlı ola biləcəyini açıqlayıb.

Komissiya sözçüsü Arianna Podesta bildirib ki, Plovdiv hava limanına eniş zamanı siqnal pozuntusu qeydə alınıb və pilotlara alternativ olaraq yerüstü naviqasiya vasitələrindən istifadə etmələri göstərişi verilib. Təyyarə insidentə baxmayaraq təhlükəsiz eniş edib.

“Financial Times” yazıb ki, eniş zamanı pilotlar hətta kağız xəritələrdən yararlanmalı olublar.

Kreml sözçüsü Dmitri Peskov isə iddiaları rədd edərək məlumatın səhv olduğunu bildirib.

Qeyd edək ki, Ukraynaya qarşı müharibənin başlanmasından sonra Avropa hava məkanında bir sıra oxşar siqnal pozuntuları baş verib. Bu insident Ursula fon der Lyeyenin Şərqi Avropa ölkələrinə turu çərçivəsində qeydə alınıb və Avropa İttifaqının müdafiə imkanlarını artırmaq öhdəliyini bir daha gündəmə gətirib.

Избранный
3
1
azadmedia.az

2Источники