RU

BRİKS liderləri Trampın ticarət siyasətini müzakirə edəcək - Bu tarixdə

BRİKS-ə üzv ölkələrin liderləri sentyabrın 8-də ABŞ prezidenti Donald Trampın ticarət siyasətinə həsr olunmuş iclas keçirəcəklər.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

“Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Donald Trampın ticarət siyasətini müzakirə etmək üçün gələn bazar ertəsi BRİKS liderlərini virtual görüşə çağırıb”, - məlumatda deyilir.

İddia olunur ki, o, görüş zamanı ölkə liderlərini çoxtərəflilik prinsipini dəstəkləməyə çağırmaq istəyir.

"Bloomberg" həmçinin yazır ki, Modi ilə Tramp arasında fikir ayrılıqları fonunda BRİKS ölkələri “daha ​​əsaslı həll yolu” tapa bilər.

Избранный
27
5
publika.az

6Источники