RU

Bu xəstəliyi olanlar hərbi xidmətə aparılmır

Talessemiya və digər qanyaradıcı sistem xəstəliklərindən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı tez-tez gündəmə gəlir.

Bəs belə hallarda onların xidmətə cəlb olunub-olunmaması hansı meyarlara əsasən müəyyən edilir?

Demokrat.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavabında bildirib ki, eritrosit membran anomaliyaları (mikrosferositoz və s.), hüceyrədaxili enzim çatışmazlığı, homoziqot və ikiqat heteroziqot hemoqlobinopatiyalar zamanı şəhadətləndirmə aparılır:

“Bu xəstəliklər hemolitik anemiyalarla müşayiət olunduqda və tibbi sənədlərlə təsdiq edildikdə, qanyaradıcı sistemin pozulma dərəcəsi nəzərə alınır.

Qərar isə Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasında göstərilən “a”, “b” və “c” yarımbəndlərinə uyğun olaraq qəbul edilir”.

Избранный
61
19
demokrat.az

10Источники