RU

Çempionlar Liqası: Minifutbol üzrə Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşdi

BAKI, 2 sentyabr. TELEQRAF

17-21 sentyabr tarixlərində Bolqarlstanın Sofiya şəhərində keçiriləcək Çempionlar Liqasında (ÇL) iştirak edəcək Azərbaycan təmsilçiləri “Birbaşa Bakı” , “Zirə” və “Aznur”un rəqibləri müəyyənləşib.
Teleqraf qurumun rəsmi saytına istonadən xəbər verir ki, ÇL-in son qalibi olan “Birbaşa Bakı” F qrupunda “Red Star”(Serbiya), “Porto”(Portuqaliya), ARRV (Rumınya) komandaları ilə mübarizə aparacaq.
Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda Afula (İsrail),MF 22 (Slovakiya) və Rooftop Budapest (Macarıstan) kollektivləri ilə yarışacaq. Çempionlar Liqasındakı daha bir Azərbaycan təmsilçisi “Aznur”G qrupunda Kayrat (Qazaxıstan), Oviedo (İspaniya) və Hoverla Praqa (Çexiya) komandaları ilə qarşılaşacaq.

Избранный
44
4
teleqraf.com

5Источники