RU

Azərbaycan neftinin qiyməti 70 dolları ÖTÜB

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dollar artıb.

Tribunainfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dolları, yaxud 1,15 % artaraq 70,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Избранный
88
49
tribunainfo.az

10Источники