“Fənərbaxça” yeni transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Marko Asensio ilə anlaşıb.
“Fənərbaxça” PSJ-dən transfer etdiyi 29 yaşlı ispaniyalı ilə 3+1 illik sözləşmə imzalayıb.
Hücumameyilli yarımmüdafiəçi PSJ-dən öncə “Aston Villa”da, daha əvvəlində isə Madrid “Real”ında çıxış edib.